İdman

"Liverpul" hücumçusu ilə yeni müqavilə imzaladı

11 İyul 2019 11:46
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" klubu hücumçusu Divok Oriqi ilə müqavilənin müddətini uzadıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin belçikalı forvardın dəqiq hansı tarixə qədər bu klubda qalacağı açıqlanmayıb.

Oriqi 2014-cü ildə 10 milyon funt-sterlinq qarşılığında Fransanın "Lill" klubundan transfer olunub. O, geridə qalan mövsümdə 22 oyuna çıxıb, 8 qola imza atıb. Divok Belçika yığmasında da 26 oyuna 3 qolla yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.