İdman

""Qarabağ"a meydan oxumağa hazırıq" - "Partizani"nin müdafiəçisi

10 İyul 2019 12:57
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında debüt etmək bizim üçün xüsusi hadisədi. Komandam kimi, mən də oyuna çox yaxşı motivasiya olunmuşam.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu "Partizani"nin müdafiəçisi Villiam Kordeyro deyib.

Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ı qəbul edəcək. Oyunla bağlı yerli mətbuata açıqlama verən Tirana klubunun yeni transferi iddialı olduqlarını söyləyib.

Braziliyalı sağ cinah oyunçusu hədəflərinin mərhələ adlamaq olduğunu vurğulayıb: "Qarabağ"la görüşə yüksək səviyyədə hazırlaşmışıq. Bilirik ki, "Qarabağ" çox güclü komandadı. Ancaq meydan amilindən yararlanıb, ilk oyunda qələbə qazanmalıyıq. Burda müsbət nəticə cavab görüşünə daha rahat çıxmağımıza şərait yaradacaq. İtiriləcək heç nəyimiz yoxdu. "Qarabağ"ın adından və gücündən qorxmaq uğursuzluğa səbəb ola bilər. Bu üzdən rəqibə meydan oxumağa hazırıq".

Qeyd edək ki, "Partizani" - "Qarabağ" oyun Bakı vaxtı ilə 19:30-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.