İdman

"Sabah" 2 gənc futbolçu aldı

9 İyul 2019 19:24
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sabah" heyətini iki yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi gənc oyunçular Anar Panayev və Abbas Ağazadəni transfer edib. Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

A.Ağazadə "Qəbələ" futbol akademiyasının yetirməsidir. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidir. "Anji" futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.