İdman

"Sent-Mirren" qapıçısını "Qarabağ"a satacaq? - Klub rəsmisindən açıqlama

9 İyul 2019 12:10
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şotlandiyanın "Sent-Mirren" klubunun icraçı direktoru Toni Fitzpatrik komandanın qapıçısı Vatslav Qladki üçün "Qarabağ"dan təklif aldıqlarını açıqlayıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, klub rəsmisi təklifi qəbul etmədiklərini və çexiyalı əlcək sahibini komandada saxlamaq istədiklərini bildirib:

"Qladkiyə maraq var və çox klub onu izləyir. "Qarabağ"ın təklifini qəbul etmədik. Qladki ilə yeni müqavilə imzalamaq fikrimiz var. Ümid edirik ki, onu yeni mövsümdə də komandada saxlaya biləcəyik. Vatslav pulla idarə olunmur".

"The Scottish Sun" nəşri "Qarabağ"ın "Sent-Mirren"ə 28 yaşlı qapıçının transferi üçün 200 min funt-sterlinq təklif etdiyini iddia etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.