İdman

Afrika Millətlər Kuboku ilə bağlı şok iddia: qapıçını rüşvətlə razı salıblar

5 İyul 2019 18:30
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Afrika Millətlər Kubokunun qrup mərhələsinin son turunda DR Konqo millisinin Zimbabveni 4:0 hesabı ilə məğlub edərək, ən yaxşı qrup üçüncüsü kimi 1/8 finala yüksəldiyi oyunla bağlı şok iddia yayılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Konqonun ən zəngin adamlarından hesab edilən və ölkənin "TP Mezembe" klubunun sahibi olan Moyze Katumbinin matçdan əvvəl zimbabvelilərin qapıçısı Eris Çipezezeyə rüşvət verdiyi iddia olunub.

Katumbinin Çipezezeyə böyük miqdarda pul ödədiyi və yüksək ödənişli transfer söz verdiyi xəbərdə qeyd ediilib.

Moyze Katumbinin sahibi olduğu klub iki həftə öncə iki futbolçunu Belçika klubuna satıb. Bundan əlavə DR Konqo yığmasının bir neçə üzvü Belçika klublarında çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.