İdman

"Qalatasaray"ın sabiq futbolçusu "Fənərbağça"da

5 İyul 2019 09:37
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu transfer fəaliyyətini davam etdirir.

Milli.Az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan Qarri Rodriqesi icarəyə götürüb. Kabo-verdeli futbolçu iki il "sarı-lacıvərdlilər"də çıxış edəcək.

Qeyd edək ki, Rodriqes 2017-2019-cu illərdə "Qalatasaray"da çıxış edib. 27 yaşlı vinger ilin əvvəlində 9 milyon avro qarşılığında "Əl-İttihad"a transfer olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.