İdman

Lempard "Çelsi"nin baş məşqçisi oldu - FOTO

4 İyul 2019 12:48
0 Şərh     Baxış: 1 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mauritsio Sarriylə yolları ayıran "Çelsi"nin yeni baş məşqçisi rəsmən bəlli olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, London təmsilçisini sabiq futbolçusu Frenk Lempard çalışdıracaq. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Lempard London klubundan keçmiş komanda yoldaşı olan "Çelsi" akademiyasının məşqçisi Codi Morrisi və fitnes hazırlığı ilə məşğul olan Kris Consu da öz məşqçi heyətinə əlavə edəcək. Bundan əlavə, Klod Makelele və akademiya məşqçisi Co Edvards da Lempardın məşqçi kollektivində çalışacaq.

"Çelsi" Lempardın son çalışdırdığı Çempionşip klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyib.

Frenk Lempard 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.