İdman

Azərbaycanlı futbolçu əvəzedici komandaya göndərildi

4 İyul 2019 11:25
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva "Spartak"ı bir neçə futbolçusunu əvəzedici heyətdə oynadacaq.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, onlardan biri də azərbaycanlı Ayaz Quliyevdi.

O, Artyom Rebrov və Aleksandr Selixovla birlikdə növbəti mövsüm üçün "Spartak-2"nin iştirak ərizəsinə salınıb. Bu isə o deməkdi ki, adıçəkilən futbolçular Milli Futbol Liqasında iştirak edəcəklər.

Rusiya Milli Futbol Liqasında yeni mövsüm bu həftəsonu start götürür. "Spartak-2" ilk oyununu iyulun 7-də "Baltik"ə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.