İdman

"Atletiko" transfer bombasını açıqladı - 126 milyon avro

4 İyul 2019 10:14
0 Şərh     Baxış: 1 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Atletiko" klubu Portuqaliya "Benfika"sından Joau Felişi transfer etdiyini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. "Benfika" ötən həftə bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat aldığını açıqlamışdı. Gənc oyunçu yeni klubunda 7 nömrəli formada çıxış edəcək.

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

Feliş ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.