İdman

Marselo sürücülük hüququndan məhrum edildi

3 İyul 2019 19:16
0 Şərh     Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın futbolçusu Marselo sürücülük hüququndan məhrum edilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı müdafiəçinin avtomobil idarə edərkən spirtli içki testindən imtina etməsidir.

Oyunçu Braziliyanın Rio-de-Janeyro şəhərində polis tərəfindən saxlanılıb. Lakin o testdən imtina edərək 675 avro ödəmək qərarına gəlib. Oyunçu bir il ərzində ölkədə avtomobil idarə etmək hüququndan məhrum olub.

Qeyd edək ki, braziliyalı futbolçu yığmanın baş məşqçisi Titenin qərarı ilə ölkəsində keçirilən Amerika Kuboku turnirində iştirak etmir. O, bu səbəbdən ailəsi ilə birlikdə tətildədir. Marselo 2007-ci ildən "Real"ın formasını geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.