İdman

"Hakim hər zibilə görə vərəqə göstərirdi" - Messi qəzəbləndi

3 İyul 2019 13:44
0 Şərh     Baxış: 1 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, turnirdə ən yaxşı oyunumuzu göstərdik. Çalışdıq, ancaq qol epizodlarından yararlana bilmədik. Zərbələrimiz qapı tirinə tuş gəldi. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun yarımfinalında Braziliyaya uduzduqları oyundan (0:2) sonra deyib.

O, hakimlərin Argentinaya qarşı qərəzli olduğunu, rəqibin lehinə qərarlar verdiyini bildirib: "Braziliya bizdən üstün deyildi, çirkin qayda pozuntuları edirdilər. Rəqib bir epizodda əllə oynadı, ancaq hakimlər bir dəfə də VAR-dan istifadə etmədi. Bu, inanılmazdır. Görüşün baş hakimi hər zibilə vərəqə göstərirdi, ancaq rəqibin lehinə qərar verirdi". 

Qeyd edək ki, Argentina bu məğlubiyyətlə turnirlə vidalaşıb, Braziliya isə finala çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.