İdman

Ramil Şeydayev "Dinamo"da debüt etdi

3 İyul 2019 11:45
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Dinamo" (Moskva) klubu Avstriyadakı təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.

Milli.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yenicə müqavilə imzaladığı paytaxt təmsilçisi Çexiyanın "Sparta" (Praqa) klubu ilə üz-üzə gəlib.

İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. 34-cü dəqiqədə hesabı açan moskvalılar 59-cu dəqiqədə öz qapılarında da top görüblər.

Ramil də bu görüşün iştirakçısı olub.

O, fasilədən sonra 46-cı dəqiqədə meydana buraxılıb və bununla da ötən gün müqavilə imzaladığı "Dinamo"da debüt edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.