İdman

"Messini zərərsizləşdirmək mümkün deyil" - Tite

2 İyul 2019 19:49
0 Şərh     Baxış: 1 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yığmasının baş məşqçisi Tite Amerika Kubokunun yarımfinal mərhələsində Argentina ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis meydan amilindən yararlanmaq istədiklərini söyləyib. Tite rəqibin ən təhlükəli oyunçusu olan Lionel Messini zərərsizləşdirməyin mümkünsüz olduğunu da etiraf edib:

"Biz argentinalıların fərdi bacarıqlarından danışmırıq. Onlar komanda olaraq böyüyüblər. Kollektiv individuallığı gücləndirir. Messini oyundan çıxara bilməzsiniz. Onu yavaşlatmaq olar, amma tamamilə zərərsizləşdirmək mümkün deyil. Bizdə Koutinyo, Firmino və Neres həlledici rolu oynaya bilərlər. Əgər azarkeşlər oteldəki kimi dəstək versələr, bu bizə əlavə güc qazandıracaq".

Qeyd edək ki, Braziliya - Argentina görüşü iyulun 2-dən 3-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə 03:30-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.