İdman

Afrika Millətlər Kuboku - Daha 4 komanda 1/8 finalda

2 İyul 2019 11:19
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, daha iki qrupda mübarizəyə yekun vurulub. 

C qrupunun lideri Əlcəzair millisi bu dəfə Tanzaniyanı 3 cavabsız qolla məğlub edib və maksimum nəticəyə imza atıb. Seneqal isə Keniyanı oxşar hesabla üstələyib və qrup ikincisi kimi mərhələ adlayıb.

D qrupunda da itkisiz irəliləyən Mərakeş bu dəfə CAR üzərində minimal hesablı qələbə sayəsində maksimum nəticəyə imza atıb. Fil Dişi Sahili yığması isə Namibiyanı darmadağın edib və qrup ikinciliyinə nail olub.

Afrika Millətlər Kuboku
1 iyul

C qrupu

Keniya - Seneqal 0:3
Qol: Sarr, 63. Mane, 71; 78-pen.

Tanzaniya - Əlcəzair 0:3
Qol: Slimani, 35. Ounas, 39; 45.

Əlcəzair - 9, Seneqal - 6, Keniya - 3, Tanzaniya - 0.

D qrupu

Namibiya - Fil Dişi Sahili 1:4
Qol: Kamatuka, 71 - Qradel, 39. Die, 58. Zaha, 84. Korne, 89.

CAR - Mərakeş 0:1
Qol: Bussufa, 90.

Mərakeş - 9, Fil Dişi sahili - 6, CAR - 3, Namibiya - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.