İdman

"Barselona" Suaresi "Selta"ya satdı

1 İyul 2019 12:59
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" yarımmüdafiəçisi Denis Suareslə yolları ayırıb.

Milli.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını La Liqanın digər təmsilçisi "Selta"da davam etdirəcək. Klub saytının məlumatına görə, Suareslə 4 illik müqavilə imzalanıb. Viqo təmsilçisi bu keçid üçün 12,9 milyon avrosundan keçib. Daha 3.1 milyon avro bonus şəklində ödənəcək.

"Selta"nın yetirməsi olan Suares 2011-ci ildə "Mançester Siti"dən "Barselona"ya keçmişdi. "Barselona" Denisi 2015-ci ildə "Vilyarreal"a satdıqdan bir il sonra geri qaytarmışdı. İspaniyalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.