İdman

"AFFA-dan Miçelə təklif olmayıb" - Qurum rəsmisi - YENİLƏNİB

1 İyul 2019 13:01
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:01

AFFA-nın "Qarabağ"ın yarımmüdafiəçisi Miçeli milliləşdirmək istəyi ilə bağlı İspaniya mətbuatında yayılan xəbərlər əsassızdı. Bunu qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

AFFA-nın "Qarabağ"ın yarımmüdafiəçisi Miçeli milliləşdirmək istəyi ilə bağlı İspaniya mətbuatında yayılan xəbərlər əsassızdı.

Milli.Az bildirir ki, bunu matc.az saytına açıqlamasında qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Firuz Abdulla deyib.

O bildirib ki, assosiasiyanın ispaniyalı yarımmüdafiəçini milliləşdirmək niyyəti olmayıb və ona heç bir təklif edilməyib: "Əcnəbi futbolçunun milliləşdirilməsi üçün tələb olunan əsas şərtlərdən biri 5 il Azərbaycanda yaşamasıdı. Ancaq Miçel 2015-ci ildən ölkəmizdədi. Milliləşdirilmə məsələsində ilk növbədə baş məşqçi istəməli, ardından futbolçu buna razılıq verməlidi. Yalnız bundan sonra AFFA milliləşdirmə ilə bağlı hüquqi prosedurlara başlaya bilər. Amma baş məşqçi tərəfindən belə bir tələb olmayıb və futbolçu ilə heç bir danışıq aparılmayıb".

Qeyd edək ki, Miçel bu yay "Qarabağ"la yeni 2 illik müqavilə imzalayıb.

-----------

12:44

AFFA "Qarabağ"ın daha bir futbolçusunu milliləşdirmək istəyir.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu iddia ilə "La Nueva Espana" nəşri çıxış edib.

Bildirilir ki, assosiasiya ispaniyalı yarımmüdafiəçi Miçelə bununla bağlı təklif göndərib. 34 yaşlı orta sahə oyunçusunun gələn il ölkəmizdə 5 ili tamam olacaq və ondan sonra Miçel qaydalara görə, yerli vətəndaşlıq almaq hüququna malik olacaq.

İspanların iddiasına görə, Miçel bu təklifi qəbul edərsə, onun Azərbaycan millisində iştirakı üçün bir əngəl qalmayacaq. Belə olarsa, futbolçu iki il əvvəl milliləşdirilən komanda yoldaşı Riçard Almeyda kimi, gələn ildən yığmamızın formasını geyinə bilər.

Qeyd edək ki, Miçel bu yay "Qarabağ"la yeni 2 illik müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.