İdman

Türkiyə millisinin üzvü “Şalke”də - FOTO

1 İyul 2019 11:09
0 Şərh     Baxış: 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Şalke" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az xəbər verir ki, Bundesliqa təmsilçisi Türkiyə millisinin müdafiəçisi Ozan Kabakı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Geridə qalan mövsümün nəticələrinə görə elitanı tərk etmək məcburiyyətində qalan "Ştutqart"da çıxış edən Ozan, yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. "Şalke" 19 yaşlı mərkəz müdafiəçinin transferi qarşılığında "Ştutqart"a 15 milyon avro təzminat ödəyib.

"Qalatasaray"ın yetirməsi olan Ozan Kabak "Ştutqart"a bu ilin yanvar ayında transfer olunmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.