İdman

Karateçimiz II Avropa Oyunlarında gümüş medal qazanıb - YENİLƏNİB

30 İyun 2019 19:15
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:15

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kişi karateçilərin final döyüşləri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 60 kq çəki dərəcəsində qızıl medal uğrunda görüş keçirilib. Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev də tatamı üzərinə çıxıb. O, finalda Latviya təmsilçisi Kalvis Kalninslə görüşüb. Qarşılaşmadan məğlub ayrılan idmançımız gümüş medalla kifayətlənib. Bu, Azərbaycan karateçilərinin "Minsk-2019"da dördüncü medalı olub.

Qeyd edək ki, Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib. Daha bir karateçimiz Rafael Ağayev (75 kq) isə az sonra final görüşünə çıxacaq.

Xatırladaq ki, Azərbaycan yığması Avropa Oyunlarında 27-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 9 gümüş, 13 bürünc mükafat var.

---------

14:32

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karate yarışları davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən kişi karateçilər kumitedə qüvvələrini sınayırlar.

Azərbaycan yığmasının üzvü Firdovsi Fərzəliyev B qrupunda üç qarşılaşmaya çıxıb. O, İlya Bulatovu (Belarus) 8:0, Emil Pavlovu (Makedoniya) 3:3 hesabı ilə məğlub edib. Ancelo Kresçenzo (İtaliya) ilə 0:0 hesablı heç-heçə edən təmsilçimiz qrupda 1-ci yeri tutub.

F.Fərzəliyev bu göstərici ilə yarımfinala yüksəlib. Karateçimiz finala vəsiqə uğrunda rusiyalı Yevgeni Plakhutinlə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 16:56-da başlayacaq.

Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha iki karateçisi - Rafiz Həsənov (67 kiloqram) və Rafael Ağayev (75 kiloqram) tatami üzərinə çıxacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.