İdman

Məşhur modelə qarşı əxlaqsızlıq edən futbolçu ilə bağlı qərar verildi

30 İyun 2019 15:04
3 Şərh     Baxış: 2 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir əsilli ingiltərəli model Merhan Kellerə erotik mesajlar yazan və cinsiyyət orqanının şəklini gönədərən Misir milli komandasının üzvü Amr Vardi ilə bağlı qərar verilib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, Misir Futbol Federasiyası futbolçunu milliyə qaytarıb. Bu barədə federasiya rəsmi açıqlama yayıb.

"Federasiya prezidenti Hani Abu Reda milli komanda üzvlərini həmrəyliyini və Amr Vardanın bağışlanması ilə bağlı arzularını təqdir etdi, ona verilən cəzanın ləğv olunmasına qərar verdi" deyə açıqlamada bildirilir.

Misir millisinin lideri Məhəmməd Salah da komanda yoldaşının hərəkəti ilə bağlı "Twitter"də paylaşım edib: "Qadınlara sonsuz hörmət bəslənilməlidi. Xeyirin anlamı xeyirdi. Bu kimi şeylər məhrəmdi və belə qalmalıdı. Eyni zamanda mən səhv edən bir çox insanın özünü düzəldəcəyinə və dərhal edam edilməməli olduğuna inanıram. Edam etmək asan yoldu. Həyatda ikinci şansa inanmalıyıq".

Qeyd edək ki, Merhan Keller futbolçunun əxlaqsız mesajlarını "Instagram"da yaymışdı. Bundan dərhal sonra Amr Vardi Afrika Millətlər Kubokunda çıxış edən Misir millisindən kənarlaşdırılmışdı. Daha sonra futbolçu sosial media vasitəsi ilə hərəkətinə görə üzr istəmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.