İdman

Emre Mor "Selta"dan göndərilir

29 İyun 2019 18:42
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Selta" geridə qalan mövsümdə göstərdiyi oyunla təndiq olunan Emre Morla bağlı qərarını verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Selta", 21 yaşlı futbolçunu satmağa qərar verdiyini açıqlayıb. Klubun Əmrənin transferindən müəyyən məbləğ qazanmağı hədəflədiyi bildirilir.

Bir neçə klubun futbolçuyla maraqlanmasına baxmayaraq, rəsmi təklifin olmadığı və "Selta"nın zərərinə olsa belə, futbolçunu satmağı planlaşdırdığı deyilir.

Klub tarixinin ən bahalı ikinci transferi olan türkiyəli futbolçu, 2017-ci ildə "Borussiya" (Dortmund)dan transfer olunmuşdu. İspaniya klubu ilə 2022-ci ilədək müqaviləsi olan Emre, son mövsümdə iştirak etdiyi 12 matçda qol hesabını aça bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.