İdman

"Qalatasaray"dan bir gündə üç rəsmi transfer - FOTO

29 İyun 2019 09:39
0 Şərh     Baxış: 1 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu yeni transferlərini açıqlayıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rayan Babeli transfer edib. 32 yaşlı vingerlə 2022-ci ilə qədər müqavilə imzalanıb. Babelin illik maaşı 2,5 milyon avro olacaq.

Babel ötən mövsümün ikinci yarısını İngiltərənin "Fulhem" klubunda keçirib. Hollandiyalı futbolçu "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin", "Deportivo" və "Beşiktaş" klublarında da çıxış edib.

"Sarı-qırmızılar" "Yeni Malatyaspor"dan ayrılan 31 yaşlı hücumçu Adəm Büyüklə iki illik müqavilə imzalayıb. Onun illik maaşı 3,5 milyon TL olacaq. İkinci mövsümdə hücumçu 4 milyon TL məvacib alacaq.

Adəm ötən mövsüm Super Liqada 27 oyuna 6 qol vurub, 2 assist edib.

Bundan əlavə, son çempion Nigeriyanın "Enyimba" klubundan Valentin Ozornvaforu transfer edib. 20 yaşlı müdafiəçi ilə  4 illik müqavilə imzalanıb. Nigeriyalı futbolçu 4 il ərzində 575 min avro maaş alacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.