İdman

Tramp qadın futbolçu ilə “atışdı” - "Əvvəl qalib gəlin, sonra..."

28 İyun 2019 16:19
0 Şərh     Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın qadınlardan ibarət yığmasının futbolçusu Meqan Rapino Donald Trampı kəskin tənqid edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dünya çempionatının 1/8 finalında İspaniya ilə keçirilən qarşılaşmadan (2:1) sonra Rapino jurnalistlərin sualına cavab olaraq bildirib ki, təklif gəlsə də, Ağ evə getməyəcək:

"Mən Ağ evə getməyəcəyəm. Yox, mən yüz faiz orda olmayacağam. Üstəlik, bizi ora dəvət edən də yoxdur. Çağıracaqlarına böyük şübhə edirəm".

ABŞ prezidenti Donald Tramp İspaniya ilə qarşılaşmada dubl edən xanım futbolçuya "tvitter"də cavab verib:

"MBA komandalarından savayı, digər komandalar Ağ evdə olmaq istəyirlər. Mən ABŞ yığmasının, o cümlədən qadın futbolunun böyük fanatıyam. Amma Meqan əvvəlcə qələbə qazanmalı, sonra danışmalıdır. İşi yekunlaşdırmaq lazımdır. Biz Meqanın komandasına hələ təklif göndərməmişdik, ancaq bundan sonra nəticədən asılı olmayaraq onları Ağ evə dəvət edəcəyik. Meqan ABŞ dövlətinə, Ağ evə qarşı hörmətsizlik etməməlidir. Onun komandası və özü üçün nələr edildiyini nəzərə almalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.