İdman

“Gec, ya tez, “Barselona”ya qayıdacağam, amma…” - Qvardiola

28 İyun 2019 11:29
0 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Barselona" və Neymar haqqında danışan ispan mütəxəssis, Kataloniya klubuna geri dönəcəyini deyib:

"Gec, ya tez, "Barselona"ya qayıdacam, amma prezident olaraq deyil. Bunu unudun. Prezident olmaq üçün fərqli xüsusiyyətlərə sahib olmalısız. Mən sadəcə yaxşı bir məşqçi olmağa çalışıram.

Neymarın "Barselona"ya geri qayıdacağı ilə bağlı nəsə demək istəmirəm. Bu, mənimlə əlaqəli bir məsələ deyil. "Barselona"da çox vaxt keçirdim və deyəcəyim sözlərin səhv şərh edilməsini istəmərəm".

"Ayaks"ın futbolçusu Matteys de Litq haqqında danışan mütəxəssis, "şəhərlilər"in transferləri ilə bağlı da açıqlama verib:

"De Liqt yaxşı futbolçudur. Onun hələ 19 yaşı var və onu transfer edən klub uzun illər yaxşı bir müdafiəçiyə sahib olacaq.

Transferlərə gəlincə, Marko Asensionu transfer etmək şansımız yoxdur. Rodriqonu isə dəqiq bilmirəm. O, mükəmməl futbolçudur. Bundan sonra nələr baş verəcəyini görəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.