İdman

Üç qadın güləşçimiz yarımfinalda - Avropa oyunları - YENİLƏNİB

27 İyun 2019 15:04
1 Şərh     Baxış: 1 520

15:04

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Milli.Az Qol.az-a istinadən bildirir ki, bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda  Evin Demirhanla (Türkiyə) qarşılaşacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.  Güləşçimiz 1/4 finalda Mimi Xristovaya (Bolqarıstan) uduzub - 0:6.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşüb. 9:0 hesabı ilə qalib gələn Qəmbərovanın yarımfinaldakı rəqibi Krişta İnçze (Rumıniya) olacaq.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gəlib. 8:2 hesabı ilə rəqibini məğlub edən Əliyeva yarımfinalda Frensi Rideltlə (Almaniya) qarşılaşacaq.

-----------

14:19

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki,  bu gün daha 4 qadın güləşçimiz mübarizəyə qoşulub.

50 kq

Güləşçimiz Mariya Stadnik yarışa 1/4 final mərhələsindən start verib. O, bu mərhələdə Anna Lukasiakdan (Polşa) güclü olub - 10:0. Güləşçimiz rəqibini 52 saniyəyə məğlub edib. Stadnik yarımfinalda  Evin Demirhanla (Türkiyə) qarşılaşacaq.

57 kq

Bu çəkidəki təmsilçimiz Alyona Kolesnik 1/8 finalda Ramona Qalambos (Macarıstan) ilə üz-üzə gəlib və 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

62 kq

Elmira Qəmbərova 1/8 finalda  Luzi Manke (Almaniya) ilə qarşılıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Qəmbərova 1/4 finalda Katarzina Madrovska (Polşa) ilə görüşəcək.

76 kq

Səbirə Əliyeva isə ilk olaraq Aykaterinierini Pitsiava (Yunanıstan) ilə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgina Neltorpla (Böyük Britaniya) üz-üzə gələcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    " · 27 İyun 18:5000

    Qələbənizi gözləyirik.Uğurlar!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.