İdman

"Neftçi"nin oyunu 11-ci dəqiqədə dayandırıldı

26 İyun 2019 21:17
0 Şərh     Baxış: 2 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" futbol klubu Türkiyə təlim-məşq toplanışı çərçivəsində ikinci oyununa çıxıb. Milli.Az bildirir ki, komanda Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşmalıydı. Lakin güclü dumana görə oyun 11-ci dəqiqədə yarımçıq dayandırlıb.

"Neftçi": 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 10.Dario Frederiko, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov.

Xatırladaq ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.