İdman

"Neftçi"nin Türkiyədə ikinci sınağı

26 İyun 2019 11:39
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün qardaş ölkədə növbəti yoxlama oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi ikinci sınağında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasında olacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.