İdman

"Yaxşı mübarizə apardıq" - Qurban Qurbanov

25 İyun 2019 23:52
0 Şərh     Baxış: 1 177

"Növbəti yoxlama oyunumuuz keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışı çərçivəsində bu gün Rumıniyanın "Krayova" klubu ilə keçirilən yoxlama oyunu (0:0) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında komandasının getdikcə daha yaxşı oynayacağını bildirib:  "Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan-oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.