İdman

İki boksçumuz 1/4 finalda - Avropa oyunları

25 İyun 2019 21:22
1 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın daha bir boksçusu  "Minsk 2019" II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Alfonso Dominges (81 kq) 1/8 finalda  Mixail Dolqolevetslə (Belarus) üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək.

Qeyd edək ki, bu gün Azərbaycan boksçusu Cavid Çələbiyev də 1/4 finala vəsiqə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Dorin Buska (Moldova) ilə üz-üzə gəlib və qələbə qazanıb - 5:0. Çələbiyev 1/4 finalda erməni əsilli Otar Eranosyanla (Gürcüstan) döyüşəcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.