İdman

Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib

25 İyun 2019 16:14
0 Şərh     Baxış: 637

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. Bununla da təmsilçimiz 1/4 finala yüksəlib.

Qeyd edək ki, C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.