İdman

"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

24 İyun 2019 20:03
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Milli.Az Qol.az-a istinadən bildirir ki, komanda "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydanında Rumıniyanın "Politexnika İaşi" klubu ilə qarşılaşacaq. Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 25-də deyil, 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Xatırladaq ki, "Neftçi" ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla" klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar" iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.