İdman

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

24 İyun 2019 18:39
0 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Krılya Sovetov"dan ayrılan Aleksandr Səmədov karyerasını ölkəmizdə davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "azerisport"a açıqlamasında Azərbaycandan təklif aldığını təsdiqləyib. 

Ancaq o, hələlik son qərarını vermədiyini söyləyib: "Klubun adını çəkməyəcəyəm. Çünki indiki mərhələdə bunu demək qeyri-etik olar. Amma mənim həqiqətən belə bir variantım var. Hazırda Azərbaycan klubundan aldığım təklifi düşünürəm. Açığı, hələlik hər hansı qərar qəbul etməmişəm. Düşünmək üçün vaxt lazımdır."

Qeyd edək ki, A.Səmədov bu ilin yanvarında Moskva "Spartak"ından azad agent kimi "Krılya Sovetov"a keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.