İdman

Argentina Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

24 İyun 2019 08:33
0 Şərh     Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 23-də futbol üzrə Amerika Kubokunun B qrupunun sonuncu turu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görə Braziliyada keçirilən oyunda Argentina millisi Qətər yığması ilə qarşılaşıb.

Görüş Argentina komandasının 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Lautaro Martinez (4-ci dəqiqə) və Serxio Aquero (82-ci dəqiqə) vurublar.

Qrup digər oyunda Kolumbiya yığması Paraqvayı 1:0 hesabla məğlub edib.

Argentina üç oyundan sonra dörd xal toplayaraq ikinci yeri tutub və play-off mərhələsinə vəsiqə qazanıb. Birinci yerdə Kolumbiya komandası qərarlaşıb.

Qeyd edək ki, Amerika Kuboku iyulun 7-də başa çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.