İdman

Sane qərarını verdi: Gedir, yoxsa qalır?

23 İyun 2019 15:49
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlar adı "Bavariya" ilə yanaşı çəkilən "Mançester Siti"nin futbolçusu Leroy Sane gələcəyi ilə bağlı qərarını verib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, alman futbolçu, MS-də qalmağa qərar verib. O, komanda yoldaşlarına Münhen klubuna transfer olunmayacağını və "Mançester Siti"də qalacağını bildirib.

Bir müddət əvvəl Almaniya klubu Sane üçün 80 milyon avro təklif etmiş, amma "şəhərlilər" bu təklifdən imtina edərək, 100 milyon avro təzminat məbləği istəmişdilər.

2016-cı ildən "Mançester Siti"də çıxış edən 23 yaşlı futbolçunun müqaviləsi 2021-ci ilə qədərdir. O, son mövsümdə iştirak etdiyi 47 oyunda 16 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.