İdman

Akrobatika gimnastlarımız İkinci Avropa Oyunlarında növbəti medallarını qazanıb

22 İyun 2019 20:56
Baxış: 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastika yarışında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Minsk 2019"da balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xal toplayaraq ikinci Avropa Oyunlarının bürünc medalına sahib olub.

Qızıl medalı Belarus təmsilçiləri - Artur Beliakov və Volna Melnik cütlüyü qazanıb (29,490 xal).

Xatırladaq ki, "Minsk 2019"da komandamızın aktivinə ilk medalı da Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.