İdman

Trippye Italiya nəhənginin maraq dairəsində

22 İyun 2019 18:06
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenham"in futbolçusu Kiran Trippye "Juventus"un diqqət mərkəzinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin yeni baş məşqçisi Mauritsio Sarri 28 yaşlı müdafiəçinin transfer edilməsini istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Trippye, "Manchester City"ə transfer olunacağı gözlənilən Joao Kanseloya əvəzləyici kimi düşünülür. "Juventus" Trippyeyə illik 2,6 milyon avro məvacib və 5 illik sözləşmə təklif edəcək.

Son mövsümdə "Tottenham"in heyətində 38 qarşılaşmaya çıxan müdafiəçi, İngiltərə millisinin də üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.