İdman

"Qəbələ" ispaniyalı yarımmüdafiəçi transfer etdi

21 İyun 2019 18:50
1 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" növbəti transferini gerçəkləşdirib.

Milli.Az xəbər verir ki, bunadək Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatan "qırmızı-qaralar" ispaniyalı futbolçu Fernan Ferreyra Lopeslə anlaşıb. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Viqo şəhərindən olan futbolçu yerli "Selta" klubunun yetirməsidir. O, 2011-14-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində "Kompostela", "Çoko" və "Ximnastika Seqoviana"da da oynamış Lopesin son komandası "Barakaldo" olub. Yarımmüdafiəçi Sequndanın B divizionunun 2018/19 mövsümündə bu klubda keçirdiyi 22 oyunda 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.