İdman

"Fənərbağça" üçün İstanbula gəldi - “Roma”nın futbolçusu

21 İyun 2019 19:06
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu bu yayın ilk səs-küylü transferini rəsmiləşdirmək üzrədi. 

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Super Liqa nəgəngi Serbiya yığmasının və İtaliyanın "Roma" klubunun sol cinah müdafiəçisi Aleksandr Kolarovu heyətinə qatmağa hazırlaşır.

Türkiyə mətbuatının yaydığı məlumata görə, 33 yaşlı futbolçu artıq İstanbula gəlib və ötən gün klub prezidenti Ali Koçla görüş keçirib.

"Fənərbağça"nın tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Tərəflərin 2+1 illik müqaviləyə imza atacaqları bildirilir.

7 il İngiltərənin "Mançester Siti" klubunda oynadıqdan sonra 2017-ci ildə "Roma"ya transfer olunan Kolarov, paytaxt təmsilçisində geridə qalan iki mövsüm ərzində 96 oyuna çıxıb, 12 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.