İdman

Avropa çempionatında Birgül Soltanova bürünc medal qazandı - FOTO

20 İyun 2019 23:51
1 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

Milli.Az xəbər verir ki, üçüncü yarış günündə 57 kiloqram çəki dərəcəsində çıxış edən Birgül Soltanova ukraynalı həmkarına qalib gəlməyə yaxın olub. Ancaq sona 10 saniyə qalmış hesabdakı üstünlüyü əldən verərək uduzub. Rəqib finala yüksəldiyi üçün B.Soltanova iyunun 20-də təsəlliverici görüşə vəsiqə qazanıb. Lakin Moldovadan olan rəqibi xalçaya çıxmadığı üçün təmsilçimiz 3-cü yer uğrunda güləşmək hüququ qazanıb. Həlledici qarşılaşmada Estoniya güləşçisinə şans verməyən B.Soltanova bürünc medalı əldə edib.

Yarışa dörddəbir finaldan başlayan Zenfira Həşimova Belarus güləşçisinə rahat qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələnin görüşləri axşam seansında keçirilib. Ukraynalı rəqibinə müqavimət göstərə bilməyən Z.Həşimova iyunun 20-də bürünc medal uğrunda güləşib və Rusiya təmsilçisinə uduzaraq 5-ci yerlə kifayətlənib.

Dördüncü yarış günündə daha 3 qız güləşçimiz mübarizəyə qoşulub.

Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib. Elnurə Məmmədova debütdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə Məmmədova minimal fərqlə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Elnurə Məmmədova iyunun 21-də təsəlliverici qarşılaşmaya çıxacaq. Mərziyə Sadıqova isə Fransa təmsilçisinə məğlub olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.