İdman

"Əsas odur, Avroliqadakı ilk oyunumuza hazır olaq" - Namiq Ələsgərov

20 İyun 2019 22:49
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov "SKA-Xabarovsk" ilə yoxlama oyununu (3:1) dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk qolun müəllifi klubun rəsmi saytına açıqlamasında bugünkü görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib:

"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur, Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.