İdman

"Neftçi" Rusiya klubuna qalib gəldi

20 İyun 2019 21:22
0 Şərh     Baxış: 964

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama görüşünə çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Roberto Bordinin komandası Rusiyanın birinci divizionunda çıxış edən "SKA-Xabarovsk" klubu üz-üzə gəlib. Görüş "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" qonşu ölkədə daha iki yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" iyunun 25-dəki ikinci rəqibi hələ ki, məlum deyil. Paytaxt klubu iyunun 30-da Ukraynanın "Vorskla" (Poltava) klubu ilə qarşılaşacaq.

20 iyun

Yoxlama görüşü

"Neftçi" - "SKA-Xabarovsk" (Rusiya) - 3:1
Qollar: Namiq Ələsgərov, 22, Rəhman Hacıyev, 28, Emin Mahmudov, 45
Topuk yaylası. "Hendek Atatürk" stadionu

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.