İdman

Toğrul Əsgərov yığmadan niyə kənarlaşdırıldı?

20 İyun 2019 13:20
1 Şərh     Baxış: 3 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ ki, tam formada deyiləm. Ona görə də Avropa oyunlarına gedə bilmirəm.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Olimpiya çempionu Toğrul Əsgərov Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində yer almamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, hədəfi dünya çempionu olmaqdır:

"İstəyirəm ki, ilk olaraq turnirlərdə xalça üzərinə çıxım. Hədəfim dünya çempionatıdır. Tam fiziki hazırlığı bərpa edib orada yaxşı çıxış etmək və Olimpiya oyunlarına vəsiqə qazanmaq istəyirəm". 

26 yaşlı idmançı zədəsindən də danışıb: "Zədəmi sağaltmışam. Yəni heç bir problem yoxdur. İstəyim və arzum var ki, Olimpiya Oyunlarında uğur qazanım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.