İdman

"Neftçi" 1:8 hesabı ilə uduzduğu komandaya qarşı

20 İyun 2019 13:43
3 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyunu keçirəcək.

Milli.Az xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi komanda Rusiyanın I Divizion klubu "SKA-Xabarovsk" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.

"Neftçi" 2018-ci ilin yanvarında Türkiyədə keçirilən yoxlama görüşündə "SKA-Xabarovsk"a 1:8 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdıran "Neftçi"nin iyunun 30-dakı rəqibi Ukraynanın "Vorskla" (Poltava) klubu olacaq. İyunun 25-də keçiriləcək ikinci sınaq matçındakı rəqib isə hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.