İdman

"Mançester Siti"də yeni müqavilə

20 İyun 2019 20:04
0 Şərh     Baxış: 394

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Kayl Uolker ilə müqavilənin müddətini uzadıb. 

Milli.Az xəbər verir ki, 29 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti daha 2 il artırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, Uolker 2024-cü ilə qədər "Mançester Siti"nin şərəfini qoruyacaq.

Geridə qalan mövsümdə Mançester təmsilçisi ilə 52 oyuna çıxan Kayl, bu görüşlərdə 2 qola da imza atıb. İngiltərə milli komandasının da şərəfini qoruyan Uolker, bu klubla 2 dəfə çempion olub, 1 dəfə Federasiya kubokunun, 2 dəfə Liqa kubokunun qalibi adını qazanıb. O, 2017-ci ildən "Mançester Siti"də forma geyinir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.