İdman

"Ştutqart"ın futbolçusu “Qarabağ”da oynamağa razılıq verdi

19 İyun 2019 19:50
0 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin sabiq müdafiəçisi Ailton Silva karyerasını "Qarabağ"da davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı braziliyalı sol cinah müdafiəçisi özü "Qarabağ"da oynamağa razılıq verib. Hazırda isə danışıqlar futbolçunun müqavilə ilə məxsus olduğu Almaniyanın "Ştutqart" klubu ilə davam etdirilir. Almanlarla da razılıq əldə edilsə, o zaman Ailton yaxın vaxtlarda "Qarabağ"la müqavilə imzalayacaq.

Qeyd edək ki, "Fluminense"nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi"nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar"dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril" (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya "Ştutqart"ına (5 oyun) transfer olunub.  2018-ci ilin yayında yenidən "Eştoril"ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya "Braqa"sında keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.