İdman

"Favorit bizik"

19 İyun 2019 13:50
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail"in ötən mövsümdəki çıxışına nəzər yetirdik. Yaxşı mövsüm keçiriblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının ilk təsnifat mərhələsində "Səbail"in rəqibi olan Rumıniyanın "Universitatya Krayova" klubunun prezidenti Sorin Çartyu deyib.

Klub rəsmisi cütlüyün şansı dəyərləndirib və özlərini favorit sayıb: "Rəqib haqqında daha çox informasiya toplamağa çalışacağıq. Biz favoritik və ancaq növbəti mərhələyə adlamaq haqqında düşünürük. Heyətimizi yeni futbolçularla gücləndirəcəyik. Sezar Meza Kolli ilə yollarımızı ayıracağıq. Bundan başqa Nuno Roşa, Donkor, Andrey Kristea da gedəcək. Yeni  futbolçular alacağıq. Ötənilki səhvləri təkrarlamamalıyıq". 

Qeyd edək ki, "Səbail"lə "Universitatya Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Krayovada baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.