İdman

"Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

19 İyun 2019 14:15
0 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:15

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ"ın I mərhələni keçəcəyi təqdirdə qarşılaşacağı komanda da müəyyənləşıb.

Ağdam klubu Albaniya "Partizani"sini mübarizədən kənarlaşdırsa, "Dandalk" (İrlandiya) - "Riqa" (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. II raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

--------

11:29

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da potensial rəqibini tanıyacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da strart götürəcək.

1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə üz-üzə gələcək Ağdam təmsilçisi bu püşkatmada da səpələnmişlər səbətində yer alacaq.

1-ci təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

"Kopenhagen" (Danimarka)

"Dinamo" (Xorvatiya)

APOEL (Kipr)

BATE (Belarus) - "Pyast" (Polşa)

"Astana" (Qazaxıstan) - "ÇFR Kluj" (Rumıniya)

"Seltik" (Şotlandiya) - "Sarayevo" (Bosniya və Herseqovina)

"Lüdoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarstan)

"Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan)

"Valyur" (İslandiya) - "Maribor" (Sloveniya)

"Suduva" (Litva) - "Srvena Zvezda" (Serbiya)

Səpələnməmişlər

"Makkabi" (Təl-Əviv, İsrail)

"Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan)

"Linfild" (Şimali İrlandiya) - "Rusenborq" (Norveç)

HİK (Finlandiya) - "HB Torshavn" (Farer adaları)

"Dundalk" (İrlandiya) - "Riqa" (Latviya)

"Düdelanj" (Lüksemburq) - "Valetta" (Malta)

"Nomme Kalyu" (Estoniya) - "Şkendiya" (Makedoniya)

TNS (Uels) - ilkin mərhələnin qalibi

"Slovan" (Slovakiya) - "Sutyeska" (Monteneqro)

"Ararat" (Ermənistan) - AIK (İsveç)

Qeyri-çempionlar

Səpələnmişlər

"Bazel" (İsveçrə)

"Olimpiakos" (Yunanıstan)

Səpələnməmişlər

PSV (Hollandiya)

"Viktoriya" (Çexiya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.