İdman

UEFA Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina etdi

18 İyun 2019 19:44
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA qurumun sabiq prezidenti Mişel Platininin saxlanılmasına şərh verməkdən imtina edib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, qurumun mətbuat xidməti hadisəyə münasibət bildirmək istəməyib.

Fransalının DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı korrupsiya ilə bağlı ifadə vermək üçün saxlanılmasına UEFA-dan qısa cavab verilib: "İndi bizim şərhimiz yoxdur".

Qeyd edək ki, M.Platini 2015-ci ildə futbol fəaliyyətindən kənarlaşdırılıb. O, 2011-ci ildə FİFA prezidenti Yozef Blatterdən qanunsuz olaraq 2 milyon İsveçrə frankı almaqda günahlandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.