İdman

“Bizi iki çətin oyun gözləyir” - Rəşad Sadıqov

18 İyun 2019 19:10
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq, keçən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər bir rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.