İdman

"Mançester Yunayted"dən Poqbaya fantastik təklif

18 İyun 2019 18:45
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" aparıcı futbolçusu Pol Poqbanı komandada saxlamaq niyyətindədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, mankunyanlar bu məqsədlə fransalı yarımmüdafiəçinin 290 min funt-sterlinq olan məvacibini 2 dəfəyə yaxın artırmağa hazır olduğunu bildirib. Klub rəhbərliyi 26 yaşlı oyunçuya həftəlik 500 min funt-sterlinq təklif edib. Əgər Poqba komandada qalmağa razılıq versə, Aleksis Sançeslə birlikdə "qırmızı şeytanlar"ın ən yüksək ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, Poqba ilə "Real", PSJ və "Yuventus" yaxından maraqlanır. Futbolçu özü isə "kral klubu"nda oynamaq istəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.