İdman

Emin Mahmudov: "İndi gurultulu bəyanatlar verməyəcəm" - MÜSAHİBƏ

18 İyun 2019 12:07
0 Şərh     Baxış: 634

"Neftçi"nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Milli.Az xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?

- Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?

- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının içtirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

- "Neftçi" kimi böyük komandanın kapitanı olmaq necə hissdir?

- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

- Komandamızın lideri olaraq Avropa Liqası və çempionatdan gözləntilərin nədir?

- İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

- Bu yolda azarkeşlərimizə bir kapitan olaraq nə demək istərdin?

- Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.